Ukrayna taxılı olan gəmi Bosforda quruya çırpıldı - Boğazda hərəkət dayandırıldı - FOTO

12:12 - 16 Yanvar 2023 - DÜNYA

Ukraynadan İstanbula gələn yük gəmisi Bosfor boğazında quruya çırpıldığı üçün xilasetmə əməliyyatları ilə əlaqədar boğazda hərəkət müvəqqəti olaraq dayandırılıb.

Ucnoqta.az bu barədə NTV telekanalına istinadən xəbər verir.

“Ukraynadan İstanbula gedən “Palau Bayraqlı MKK-1” adlı quru yük gəmisi saat 07:30 radələrində Beykoz Anadolu Kavağı ərazisində sükanının qırılması səbəbindən quruya çırpılıb”, – İstanbul valiliyindən bildiriblər.

Hadisə yerinə Sahil Mühafizəsi Baş İdarəsinin xilasediciləri, xilasetmə qayıqları və yedək gəmiləri, Sahil Mühafizəsi Komandanlığının bir qayığı və sualtı qruplar göndərilib.
Boğaziçi ilə hər iki istiqamətdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Sahil Təhlükəsizlik Baş İdarəsinin xilasedicilərinin verdiyi məlumata görə, hadisə nəticəsində ölən, xəsarət alan və ətraf mühitin çirklənməsi olmayıb.

Emin

Xəbər xətti