“Hadisələr əskiksiz davam edir. Dağ boyda təyyarə havaya qalxa bilmir. Oturan kimi işıqlar sönür və boşaldılma əmri gəlir. Sual olunur ki, "Buta"nın “Embraer” təyyarəsinin uçuşöncəsi texniki baxışı necə olub və bu uçuşa icazəni kim verib? Və ən maraqlısı-bütün sərnişinlər yenidən Türkiyəyə giriş edir, amma 1 nəfər “Buta” nümayəndəsi yoxdur”.
Ucnoqta.az xəbər verir ki, bunu texnobloqer Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb. O, İstanbuldan Bakıya qayıdarkən “Buta Airways" aviaşirkətinin təyyarəsində yaranan texniki nasazlıqla bağlı narazılıq edib:
"Aviaşirkətin nümayəndələrindən heç kim məsuliyyəti üzərinə götürərək növbəti addımlar haqqında sərnişinlərə məlumat verməyib. Ancaq aeroport işçiləri və Türkiyə tərəfinin məsul şəxsləri işlə maraqlanır. Sonra nə baş verir? Hotelə gecələməyə getmək lazımdır. Hotelə avtobuslarla gəlirik, amma bir pis xəbər var, otaqlar azdır. Burada ssenarist bizə başqa plan hazırlayıb. 1 nəfər özünə 2 nəfər seçməlidir və birlikdə qalacaqlar. Əks halda, hava limanı! Təbii ki, heç kim heç kimlə qalmaq istəməz, amma mən seçimimi etdim. Azal və “Buta” isə artıq bu təkrarlanan texniki xətalar ilə bizi qorxudur”.