Rusiya ordusunun Ukrayna müharibəsində itkiləri açıqlanıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Belə ki, son sutkada Rusiya silahlı qüvvələrinin daha 790 hərbçisi həlak olub və canlı qüvvə itkilərinin sayı 116080-ə çatıb.
Həmçinin, ötən gün Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya ordusunun 12 tank, 21 zirehli texnika, 4 artilleriya sistemi, 1 HHM sistemi, 24 nəqliyyat vasitəsi məhv edilib.
Emin