DİN-dən Bakı və Şəkidə itkin düşən məktəblilərlə bağlı məlumat

10:13 - 16 Yanvar 2023 - Cəmiyyət

Daxili İşlər Nazirliyi Bakı və Şəkidə itkin düşən məktəblilərlə bağlı xəbərə münasibət bildirib.

Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulinin yeri müəyyən edilib.

Məlum olub ki, o Gəncə şəhərində atasının yanına gedib.

Şəkidə itkin düşən polis əməkdaşları tərəfindən 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyevin getdiyi istiqamət müəyyən edilib və tapılaraq ailəsinə qaytarılması təmin olunacaq.

 

Xəbər xətti