Yaponiya və Hindistan hərbi hava qüvvələrinin ilk birgə təlimləri başlayıb

08:57 - 16 Yanvar 2023 - DÜNYA

Yaponiya və Hindistan bazar ertəsi hərbi hava qüvvələrinin birgə manevrlərinə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bu tipli ilk təlimlər Tokio yaxınlığında, Hyakuri Hərbi Hava Qüvvələri bazasında keçirilir. Təlimlərdə Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin F-2 və F-15 qırıcılarının, Hindistan tərəfdən, isə Su-30MKI qırıcılarının və İl-78 hava tankerinin iştirak edəcəyi gözlənilir.

Birgə manevrlərin 2020-ci ilin əvvəlində keçirilməsi planlaşdırılırdı, lakin koronavirus pandemiyasının yayılması səbəbindən təxirə salındı. Təlimlər yanvarın 26-dək davam edəcək.

Emin

Xəbər xətti