Qəzaya uğrayan təyyarənin sərnişini uçuşun son saniyələrini telefonla çəkib - ANBAAN VİDEO

23:53 - 15 Yanvar 2023 - DÜNYA

Nepalda qəzaya uğrayan təyyarənin sərnişini qəzadan əvvəl uçuşun son saniyələrini telefonla lentə alıb.

Ucnoqta.az xəbər verir ki, bu kadrları Hindistanın NDTV telekanalı yayıb.

Video təyyarədə oturacaqlarında sakit oturan sərnişinlərin görüntüləri ilə başlayır. Layner yerə enməzdən əvvəl bir dairə etdikdə pəncərələrdən torpaq və şəhər binaları görünür. Birdən partlayış baş verir. Videonun son saniyələrində güclü yanğın görünür, insanların qışqırtıları eşidilir.

Videosu yayımlanan mobil telefon qəzaya uğrayan təyyarənin qalıqları arasından çıxarılıb. O, həmin reysdə olan beş Hindistan vətəndaşından birinə məxsus idi.

Xəbər xətti