Britaniya Ukraynaya "Apaçi" hücum helikopterləri verəcək

10:42 - 15 Yanvar 2023 - DÜNYA

Böyük Britaniya tanklarla birlikdə Ukraynaya "Apaçi" hücum helikopterləri verəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə Mirror nəşri yazıb.

Nəşrin müdafiə sektorundakı mənbəyə istinadən verdiyi məlumata görə, Kiyev “Challenger 2” tanklarının təhvil verilməsindən sonra 4 belə helikopter alacaq.

 "Apaçi" oyunu dəyişdirəcək. Tanklar əvvəlcə gələcək və vertolyotların yerləşdirilməsinə bir qədər vaxt lazım olacaq. İndi NATO-nun digər üzvləri də buna əməl edəcəklər", - mənbə bildirib.

"Apaçi AH-64E" 16 "Hellfire" tank əleyhinə mərmi, 76 "Hydra" raketi və 30 mm zəncirli silahla təchiz oluna bilər. Ehtimal olunur ki, ukraynalı pilotlar Böyük Britaniyada təlim keçəcək, texniki xidmət bazası isə Ukrayna ilə qonşu ölkədə yerləşdiriləcək.

Emin

Xəbər xətti