"Dünya gözəli" titulunun qalibi məlum olub
Ucnoqta.az xəbər verir ki, Filippin əsilli ABŞ vətəndaşı R'Bonnie Gabriel şənbə günü "Dünya gözəli" tacını qazanıb.
71-ci beynəlxalq gözəllik müsabiqəsi Nyu Orleanda (Luiziana) keçirilib.
İkinci yeri Venesuela təmsilçisi Amanda Dudamel, üçüncü yeri isə Dominikan Respublikasından Andreina Martines Funye tutub.