BMT Ukraynanın mülki infrastrukturuna zərbələr endirmək üçün onlardan istifadə edən Rusiyaya İranın pilotsuz uçuş aparatlarının tədarükünü araşdırmalıdır.
Ucnoqta.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında Fransanın təşkilatdakı daimi nümayəndəsi Nikola de Rivyer deyib.
“Sursat ehtiyatlarının getdikcə azaldığını və döyüş meydanındakı əhəmiyyətli problemləri nəzərə alaraq, Rusiya bütün vasitələrlə ehtiyatlarını artırmağa çalışır, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozaraq. Rusiya İrandan aldığı dronlardan geniş istifadə edir. BMT 2231 saylı qətnaməni pozan bu göndərişləri araşdırmalı və Təhlükəsizlik Şurasına hesabat verməlidir”, - de Riviere bildirib.
O əlavə edib ki, Rusiya Federasiyası əhəmiyyətli itkilərini kompensasiya etmək üçün cinayətkarları döyüşlərə cəlb edir.
Emin