Nissan yeni idman avtomobilini təqdim edib

20:25 - 13 Yanvar 2023 - AVTO

Yaponiyanın avtomobil istehsalçısı Nissan Tokio avtosalonunda yeni 2024 Nissan GT-R idman avtomobilini təqdim edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “TFLcar” məlumat yayıb.

Maşın 3,8 litrlik V6 turbo mühərriklə təchiz olunub və ikiqat kompressorla təchiz edilib. Mühərrikin ümumi gücü 565 at qüvvəsi və fırlanma anı 467 Nm-dir.

Sportkar 6 pilləli qoşa muftalı transmissiyaya malikdir.

Nissan GT-R NissanConnect məlumat-əyləncə sistemi, Apple CarPlay bağlantısı və SiriusXM peyk radiosu ilə 20,3 sm diaqonallı displeyə malikdir.

Şirkət idman avtomobilinin qiyməti ilə bağlı rəsmi məlumat dərc etməyib, lakin ekspertlərin fikrincə, qiymət 115 min ABŞ dollarından başlayacaq.

Ruhəngiz

Xəbər xətti