Məktəblərdə qış tətilinin vaxtı AÇIQLANDI

18:14 - 13 Yanvar 2023 - Cəmiyyət

Ümumtəhsil müəssisələrində qış tətilinin olacağı vaxt açıqlanıb.

Ucnoqta.az-ın məlumatına görə, 5 gün qış (27-31 yanvar) tətili müəyyən edilib.

Fevralın 1-dən isə orta məktəblərdə dərs ilinin ikinci yarımili başlayacaq.

İkinci yarımil iyunun 14-də başa çatacaq.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır.

 

Xəbər xətti