Avropa İttifaqına üzv ölkələr İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil edilməsi imkanını nəzərdən keçirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirir ki, Almaniya bir müddət əvvəl belə bir təkliflə çıxış edib. Bundan əlavə, Aİ ölkələrinin İrana qarşı yeni sanksiyalar paketini müzakirə etdiyi deyilir.
İranda aylarla davam edən etirazlar fonunda Aİ, ABŞ və bir sıra digər ölkələr 2022-ci ildə repressiyaya görə məsuliyyət daşıdığına inandıqları İranlı şəxslərə və qurumlara sanksiya tətbiq edib.
Ruhəngiz