Nazir Elşad Hacıyevə polkovnik-leytenant rütbəsi verdi

11:45 - 13 Yanvar 2023 - Xəbər

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin rütbəsi artırılıb.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, ona polkovnik-leytenant rütbəsi verilib.

Məlumat DİN-in Mətbuat Xidmətindən saytımıza təsdiqlənib.

Qeyd edək ki, Elşad Hacıyev 2020-ci ildən DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi çalışır. 

Xəbər xətti