Prezidentin fərdi təqaüdünün məbləği 1500 manata çatdırıldı

11:00 - 13 Yanvar 2023 - Xəbər

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. 

Ucnoqta.az xəbər verir ki, Fərmanla Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 1500 manat müəyyən edilib.

Qeyd edək ki, dəyişikliyə qədər bu kateqoriyadan olan şəxslərə verilən təqaüdün məbləği 1450 manat idi.

 

Xəbər xətti