Finlandiya prezidenti Sauli Niinistö ölkəsinin müəyyən şərtlərlə “Leopard” tanklarını Ukraynaya təhvil verəcəyini bildirib.
Ucnoqta.az xəbər verir ki, o, Finlandiyanın "STT" xəbər agentliyinə deyib.
"Ukraynaya yardım üçün birgə Avropa layihəsi yaradılarsa, Finlandiyanın da töhfəsi tələb olunacaq. Lakin, ötürülən zirehli texnikanın sayı çox ola bilməz, çünki Finlandiya Rusiya ilə həmsərhəddir və hələ NATO üzvü deyil", - Niinistö bildirib.