İrakli Qaribaşvili İrəvana gedib

13:09 - 12 Yanvar 2023 - DÜNYA

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistana işgüzar səfərə yola düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hökumət administrasiyası məlumat yayıb. Məlumata əsasən, səfər çərçivəsində Gürcüstan Respublikası və Ermənistan baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Komissiyasının iclası keçiriləcək.

Həmçinin səfər çərçivəsində, ikitərəfli yüksək səviyyəli görüşlərin keçirilməsi də planlaşdırılır. Qeyd edək ki, baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinə Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlya Darçiaşvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.

Xəbər xətti