Hindistan Rusiyadan S-400-lərin üçüncü partiyasını alır

10:34 - 12 Yanvar 2023 - DÜNYA

Hindistan Rusiyadan S-400 “Triumf” zenit-raket komplekslərinin (SAM) üçüncü partiyasını alır.

Ucnoqta.az xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.

“Rusiyaya qarşı sanksiyaların səbəb olduğu bir qədər gecikmədən sonra S-400 raketlərinin üçüncü partiyasının Rusiyadan Hindistana çatdırılmasına başlanılıb”, - mənbələr nəşrə bildiriblər.

Qərbin Rusiyaya qarşı sanksiyaları ilə əlaqədar Hindistan Rusiya silahlarının tədarükü və onların saxlanması xərclərini ödəmək üçün alternativ yollar axtarır. “Lakin onlar bunun öhdəsindən gəlirlər”, - deyə bildirili.

2023-cü ilin sonuna qədər Hindistanın S-400 hava hücumundan müdafiə sistemlərinin beş partiyasını alacağı planlaşdırılır.

2015-ci ildə Hindistan Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almaq niyyətində olduğunu açıqlayıb. S-400 Triumf sistemlərinin beş alay dəstinin tədarükü üçün 5,43 milyard dollar dəyərində müqavilə Rusiya prezidenti Vladimir Putinin 2018-ci ilin oktyabrında Hindistana səfəri zamanı imzalanıb.

Emin

Xəbər xətti