İtaliya Respublikasının prezidenti Serxio Mattarella İran səfirini nümayişçilərə qarşı repressiyalara, onları edam cəzasına və onları həyata keçirməsinə görə qınayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü prezidentin mətbuat xidməti məlumat yayıb. Dövlət başçısı diplomat Məhəmməd Rza Saburinin etimadnaməsini qəbul edib.
İtaliya prezidenti nümayişçilərə qarşı repressiyaları kəskin pislədiyini bildirərək, səfiri İran İslam Respublikasının hakimiyyət orqanlarının diqqətinə əhaliyə qarşı zorakılığın dərhal dayandırılması tələbini çatdırmağa çağırıb.
Emin