Məşhur supermodel vəfat edib

22:40 - 11 Yanvar 2023 - MAQAZİN

Alman supermodel və aktrisa Tatyana Patitz çərşənbə günü Kaliforniyada 56 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə onun Nyu-Yorkdakı model agentliyinə istinadən DPA agentliyi məlumat yayıb.

1990-cı illərdə Patitz planetin ən gözəl qadınlarından biri hesab olunurdu və Naomi Kempbell, Sindi Krouford, Linda Evangelista və Kristi Turlinqtonla birlikdə "böyük beşlik" supermodellərinə aid idi.

Patitz Hamburqda anadan olub, lakin uşaq ikən İsveçə köçüb, ilk dəfə 17 yaşında Stokholmda keçirilən model yarışmasında iştirak edib. Daha sonra o, qadınların "Vogue" jurnalının üz qabığında çəkilib.

Patitz 1990-cı illərdə ən çox axtarılan modellərdən biri idi. Bundan əlavə, o, bir sıra filmlərdə və televiziya seriallarında rol alıb.

Ruhəngiz

Xəbər xətti