Türkiyə Aİ-nin qaçqınların qəbulu üçün öhdəliklərini yerinə yetirməsini gözləyir

12:20 - 11 Yanvar 2023 - DÜNYA

Türkiyə Aİ-nin miqrasiya böhranı ilə mübarizə üzrə birgə plan çərçivəsində öhdəliklərini yerinə yetirməsini, xüsusən də qaçqınların qəbulunda Ankaraya yardım etməsini gözləyir. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakçı beynəlxalq konfransında bildirib. Faruk Kaymakçının sözlərinə görə, hazırda Türkiyədə 4,2 milyon qaçqın var.

"Hazırda Türkiyə müxtəlif ölkələrdən 4,2 milyon qaçqına ev sahibliyi edir ki, bunun da 3,5 milyonu Suriyadandır. Beynəlxalq ictimaiyyətin miqrasiya məsələlərində ölkəmizlə daha fəal əməkdaşlıq etməsini gözləyirik. Heç bir ölkə təkbaşına bu qədər qaçqını qəbul edə bilməz. Biz Avropa İttifaqını qaçqınlarla bağlı dörd saziş üzrə öhdəliklərini tam yerinə yetirməsinə çağırırıq”, - diplomat bildirib. 

Kaymakçı bildirib ki, indiyədək Türkiyədən Suriyaya 500 mindən çox qaçqın qayıdıb və bu proses davam edəcək.

Qeyd edək ki, 2016-cı ildə Aİ ölkələrinin dövlət və hökumət başçıları Türkiyə ilə Suriyadan olan qaçqınları qəbul etmək üçün maliyyə yardımını nəzərdə tutan miqrasiya böhranına qarşı birgə mübarizə planı barədə razılığa gəliblər.

Emin

Xəbər xətti