İsrail ordusu ölkənin şimalında təlimlər keçirəcək

22:06 - 10 Yanvar 2023 - DÜNYA

İsrail ordusu yanvarın 11-də ölkənin Livan sərhədi yaxınlığında təlimlər keçirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Təlimlər səhər saatlarında - saat 09:00-dan 11:00-dək Qalileya kənarı ərazisində keçiriləcək. 

Təlimlər əvvəlcədən planlaşdırılıb və 2023-cü ilin hərbi hazırlığı planına daxil edilib.

Çərşənbə axşamı günü İsrailin baş naziri Benyamin Netanyahu və İsrailin müdafiə naziri Yoav Qalant İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığının qərargahına baş çəkib, orada Livanla sərhəddəki vəziyyəti qiymətləndiriblər. Səfər zamanı Netanyahu bildirib ki, İsrail İrana və onun bütün peyklərinə, o cümlədən Livanda fəaliyyət göstərən şiə Hizbullah təşkilatına qarşı durmağa hazırdır.

Emin

Xəbər xətti