Rejissor Anar Hüseynovun ölüm səbəbi məlum olub.
Mərhumun qardaşı Vüqar Hüseynov Axşam.az-a açıqlamasında onun ölüm səbəbini açıqlayıb:
“Şəkər xəstəsi idi, insulin vuruldu. Şəkəri qalxıb, komaya düşdü. Həyatını xilas etmək mümkün olmadı”.
19:45
Tanınmış rejissor Anar Hüseynov dünyasını dəyişib.
Bu barədə müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında paylaşım edib.
“Bu ölüm sənə heç yaraşmadı, ay Anar”, - deyə Rəqsanə bildirib.
Qeyd edək ki, A. Hüseynov Azərbaycan şou-biznesinin bir çox tanınmış simaları ilə əməkdaşlıq edib.///oxu.az