Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının rəhbərliyi ölkədə qadınlar üçün gözəllik salonlarının bağlanması barədə göstəriş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Taliban tərəfindən qurulan Əfqanıstan müvəqqəti hökuməti on günlük müddət müəyyən edib, bundan sonra qadınlar üçün gözəllik salonları bağlanmalıdır.
Həmçinin, qızların ticarət mərkəzlərində işləməsi də qadağan etdiyi iddia edilir.
Emin