Gürcüstan 2008-ci ildə Ukraynadan “Buk” zenit-raket komplekslərini pulsuz almayıb, onlar gizli razılaşma əsasında alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Ukraynanın Gürcüstana "Buk" hava hücumundan müdafiə sistemləri verməsi həqiqətə uyğun deyil. Müdafiə Nazirliyi Buk sistemlərini 2007-ci ildə çoxmilyon dollarlıq alış yolu ilə alıb. Bu, gizli razılaşma əsasında həyata keçirilib, təfərrüatlar barədə dəqiq məlumat yoxdur”, - Gürcüstan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Nazirlik həmçinin qeyd edib ki, Gürcüstan da “2017-ci ildə ABŞ-dan “Javelin” tank əleyhinə sistemlər almaq üçün on milyonlarla dollar ödəyib.
Qeyd edilib ki, Gürcüstan Ukraynaya humanitar və siyasi dəstək verməkdə davam edir, lakin Kiyevə silah və ikili təyinatlı texnikanın verilməsinə isə rəsmi Tbilisi bu məsələdə dəfələrlə qəti mövqe bildirib.
Emin