Taylanda gələnlərdən COVID sertifikatı tələb olunmayacaq

12:38 - 10 Yanvar 2023 - DÜNYA

COVID-19 ilə əlaqədar Taylanda gələn turistlər üçün əvvəllər tətbiq edilmiş bütün sanitar tələblər yanvarın 10-dan ləğv edilib

Ucnoqta.az xəbər verir ki, bu barədə Tayland Mülki Aviasiya İdarəsinin məlumatında deyilir.

Bununla belə, giriş üçün PCR testinin tələb olunduğu ölkələrdən olan sərnişinlər koronavirus müalicəsi üçün ən azı 10.000 ABŞ dolları məbləğində tibbi sığortaya sahib olmalıdırlar.

Qeyd edilir ki, gəliş zamanı bəzi ölkələrdən olan sərnişinlərin tibbi sığortasının seçmə yoxlanılması ola bilər.

Ruhəngiz

Xəbər xətti