Koreya Respublikasının Prezidenti Yoon Sok Yol ikitərəfli münasibətlər tarixində ilk dəfə yanvarın 14-17-də BƏƏ-də dövlət səfərində olacaq,
Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Koreya liderinin administrasiyasına istinadən Yonhap agentliyi məlumat yayıb. Cənubi Koreya lideri daha sonra isə İsveçrəyə səfər edəcək və burada Dünya İqtisadi Forumunu ziyarət edəcək.
Prezident Administrasiyasının Milli Təhlükəsizlik Bürosunun rəhbəri Kim Sung Han bildirib ki, Yoon Sok Yol 1980-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra ilk dəfə BƏƏ-yə dövlət səfəri edəcək. Bundan əvvəl ərəb dövləti tərəfindən Koreya Respublikasına analoji səfər olmayıb. Cənubi Koreya prezidentini həmkarı Məhəmməd bin Zayed Əl Nəhyan dəvət edib.
BƏƏ-də Yun Sok Yeol ölkə prezidenti ilə danışıqlar aparacaq, Cənubi Koreya hərbçiləri ilə görüşəcək, Seulun iştirakı ilə tikilmiş atom elektrik stansiyasına baş çəkəcək.
Emin