Netanyahu və Bayden İranla bağlı müzakirə aparacaq

00:10 - 10 Yanvar 2023 - DÜNYA

Netanyahu Baydenlə ABŞ və İsrailin İranla bağlı mövqelərinin yaxınlaşmasını müzakirə etmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, İsrailin baş nazirinin sözlərinə görə, “İranın cəsur kişi və qadınları sayəsində bütün dünya görür” ki, bu ölkədə “repressiv, terrorist rejim” formalaşıb.

İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi bildirib ki, yeni İsrail hökuməti İrana qarşı mübarizə məsələsində ABŞ-la yaxınlaşmanın tərəfdarıdır.

Netanyahunun ofisi bildirib ki, telekörpü zamanı İsrailin baş naziri xüsusilə İranda hökumət əleyhinə etirazlar və bu ölkədə nümayişçilərin edam edilməsi mövzusuna toxunub.

Emin

Xəbər xətti