Azərbaycanda bu dövlət rüsumu ləğv edilib

16:09 - 9 Yanvar 2023 - Cəmiyyət

Baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilib.

Ucnoqta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna dəyişiklik layihəsində şəhər (rayon) ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi qeyd edilib.

Qeyd edək ki, əvvəl qüvvədə olan qanuna görə, baytarlıq arayışının verilməsi (bir sənəd) üçün 5 manat dövlət rüsumu nəzərdə tutulurdu.

Xəbər xətti