Faciəvi şəkildə ölən polis zabitlərinin - Fotosu

14:48 - 9 Yanvar 2023 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq vəfat edib.

“Qafqazinfo” bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərovun fotosunu təqdim edir.

Qeyd edək ki, onlar kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti