Naxçıvanda qətl törədən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

11:07 - 9 Yanvar 2023 - Cəmiyyət

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində həmyaşıdı 2005-ci il təvəllüdlü Tuncay Abdullayevi qətlə yetirməkdə təqsirləndirilən Rəhman Süleymanov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

APA xəbər verir ki, Babək Rayon Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Rəhman Süleymanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Xəbər xətti