Qarlı hava şəraiti ilə əlaqədar yollardakı vəziyyət açıqlandı

10:43 - 9 Yanvar 2023 - Cəmiyyət

Azərbaycanda müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq şimal bölgəsindəki yollarda vəziyyət açıqlanıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a bildirilib ki, son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib.

Bundan əlavə, Xaçmazda nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 26 avtomobilə isə zərər dəyib.

Eyni zamanda, Qubada isə 15 nəqliyyat hadisəsi olub və 27 avtomobilə zərər dəyib. Bu rayondaki hadisələr zamanı xəsarət alan olmayıb.

Qeyd olunub ki, hadisələr yanvarın 7-dən 8-dək dövrü əhatə edib.

Xəbər xətti