Məktəbdə sanitar qovşağının olmamasını çəkən müəllimə töhmət verilib?

10:26 - 9 Yanvar 2023 - Cəmiyyət

İmişli rayonu Aranlı kənd məktəbində sanitar qovşağının olmaması ilə bağlı video çəkdiyinə görə müəllimə töhmət verilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə APA-ya Mil-Muğan Regional Təhsil İdarəsindən xəbər verilib.

Bildirilib ki, töhmət dekabrın əvvəlində verilib:

"Müəllim dekabrın əvvəlində rəhbərliyə heç bir məlumat vermədən iki gün dərsə gəlməyib. Töhmət bu səbəbdən verilib".

 

Xəbər xətti