Braziliyanın keçmiş prezidentinin tərəfdarları parlament binasına daxil olublar

00:43 - 9 Yanvar 2023 - DÜNYA

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun tərəfdarları bazar günü polislə toqquşub və ölkənin paytaxtında Milli Konqresin (Parlament) binasına daxil olublar.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Globo” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Bolsonaronun tərəfdarları dəyənəklərlə silahlanıb hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atırlar.

Yürüş iştirakçıları yanvarın 1-də vəzifəyə başlayan Luis İnasio Lula da Silva hökumətinin istefasını tələb edirlər.

Xəbər xətti