Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub
Ucnoqta.az xəbər verir ki, Volodimir Zelenski və Olaf Şolz ordunun gücləndirilməsi üçün gələcək əməkdaşlığı müzakirə edib. Ukrayna prezidenti Almaniyaya “güclü müdafiə paketi”, xüsusən də onlarla Marder və Patriot batareyasına görə təşəkkür edib.
"Biz Ukrayna ordusunu gücləndirmək üçün gələcək əməkdaşlığı müzakirə etdik", - Zelenski əlavə edib.
Öz növbəsində Şolz vurğulayıb ki, Ukrayna Rusiya təcavüzünə qarşı mübarizədə Almaniyanın dəstəyinə arxalana bilər.
Emin