Vanqa nə söyləyib? - 3797-ci il dünyanın sonu...

12:41 - 6 Yanvar 2023 - MARAQLI

​Əsl adı Vangeliya Pandeva olan Baba Vanqa 1911-ci il yanvarın 31-də indiki Şimalı Makedoniya ərazisində yerləşən Strumitsa kəndində anadan olub. Kiçik yaşlarında ildırım vurub və bu səbəbdən görmə qabiliyyətini itirib. Öngörmələri ilə beynəlxalq şöhrət qazanıb.  Koronavirus epidemiyası, Putinin prezident olması və 11 sentyabrda əkiz qüllələrə hücum kimi bir çox hadisələr barəsində əvvəlcədən söyləyib.

Ucnoqta.az Vanqanın gələcək barəsində söylədiklərini təqdim edir:

2023-cü il - Yerin orbitində cüzi dəyişiklik olacaq.

2026-cı ilə qədər Avropa əhalisi kəskin azalacaq.

2028-ci il - Yeni enerji növü (çox güman ki, idarə olunan termonüvə reaksiyası) hazırlanacaq. Tədricən aclığın qarşısı alınacaq. Veneraya göyərtəsində insanların olduğu bir kosmik gəmi göndəriləcək.

2033-cü il Qütb buzlaqları əridikcə yerin su səviyyəsi yüksələcək.

2043-cü il - Dünya iqtisadiyyatı çox yaxşı vəziyyətdə olacaq. Avropanı müsəlmanlar idarə edəcək.

2046-cı il - Bütün bədən orqanları çoxaldıla biləcək. Xəstə orqanın yenisi ilə əvəz edilməsi ən çox istifadə edilən və ən sadə müalicə üsulu olacaq.

2076-cı il - Sinifsiz bir cəmiyyət təklif edən kommunizm bütün dünyaya hakim olacaq.

2084-cü il - Təbiət canlanacaq.

2088-ci il - İnsanların saniyələrcə qocalmasına səbəb olan yeni xəstəlik yaranacaq.

2100-cü il - Yerin qaranlıq tərəfini işıqlandırmaq üçün süni günəşdən istifadə ediləcək.

2111-ci il - İnsanlar android kimi canlı robotlara çevriləcək.

2123-cü il Kiçik ölkələr arasında müharibələr olacaq. Böyük ölkələr bütün bunlardan kənarda qalacaq.

2164-cü il - Heyvanlar demi-insan olacaqlar.

2170 -cü il - Böyük quraqlıq olacaq.

2183-cü il - Mars planetindəki koloniya nüvə gücünə çevriləcək və Yerdən müstəqillik tələb edəcək.

2196 -cı il - Asiya və Avropa irqləri bir-birinə qarışacaq.

2201-ci il - Günəşdə termonüvə reaksiyalarının ləngiməsi nəticəsində havanın temperaturu azalacaq.

2256-cı il - Kosmik gəmi Yerə yeni bir xəstəlik gətirəcək.

2221-ci il - Yerdən kənar həyat axtarışında insanlar dəhşətli bir şeylə qarşılaşacaqlar.

2256-cı il - Kosmos səyahətləri Yerə yeni xəstəliklər gətirir.

2262-ci il - Planetlərin orbitləri davamlı olaraq dəyişir. Marsın kometa ilə toqquşma təhlükəsi var.

2480 -ci il - İnsan tərəfindən yaradılmış iki günəş toqquşacaq. Dünya yenidən qaranlığa qərq olacaq.

3797-ci il - Dünyanın sonu... Yer üzündəki bütün canlılar öləcək. İnsanlar yeni günəş sistemində yaşayış yeri axtaracaqlar.

Pünhan

Xəbər xətti