Daha bir məktəb direktorunun səs yazısı yayıldı - AUDİO

12:00 - 6 Yanvar 2023 - Cəmiyyət

Azərbaycanda daha bir məktəb direktorunun rüşvətlə bağlı səs yazısı yayılıb.

Lent.az-ın xəbərin görə, Naftalan şəhəri İ.Nəsimi adına 1 saylı məktəbin direktoru Vəfa Hüseynova qrupa səs ataraq şagird və valideynlərdən summativ qiymətlərinin yazılması üçün pul tələb edib.

Eyni zamanda, direktor səsdə pulları müəllimlərə toplu şəkildə verməli olduğunu deyir.

​Məsələ ilə bağlı Lent.az-ın sorğusuna cavab olaraq Regional Təhsil İdarəsindən bildirilib ki, səs yazısı ilə bağlı məsələ hazırda araşdırılır:

“Direktorun səs yazısı ilə bağlı məsələ araşdırılır. İlkin məlumat olanda yayımlayacayıq”.

Həmin səs yazısını təqdim edirik:

Xəbər xətti