Mənzildə tapılan 4 meyitdən üçünün şəxsiyyəti müəyyən edilib

11:47 - 6 Yanvar 2023 - Cəmiyyət

Mənzildə tapılan 4 meyitdən üçünün şəxsiyyəti müəyyən edilib

Ucnoqta.az xəbər verir ki, yanvarın 5-də Bakının Nərimanov rayonu, Ağaoğlu küçəsindəki mənzillərin birində  4 nəfərin meyitləri tapılmışdı. Onların dəm qazından zəhərləndiyi ehtimal edilir.

Artıq 4 nəfərdən üçünün kimliyi məlum olub: 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğlu, 1990-cı il təvəllüdlü  Nəzərov Kənan Qurban oğlu və 1991-ci il təvəllüdlü Səfərli Pərviz Adıgözəl oğlu.

Hadisə yerində meyiti tapılan dördüncü şəxsin kimliyi hələlik müəyyən edilməyib.

Pünhan

 

Xəbər xətti