Amerikanın ən yaşlı qadını 115 yaşında vəfat edib

11:17 - 6 Yanvar 2023 - MARAQLI

Amerikanın ən yaşlı qadını Bessi Hendriks 115 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə New York Post qəzeti məlumat yayıb.

Bessi Hendriks ABŞ-da yaşayan ən yaşlı, dünyada isə dördüncü insan idi.

Hendriks 7 noyabr 1907-ci ildə Ayova ştatında anadan olub. Fermada böyüyən Hendriks “zəhmətkeşliyi” uzun və uğurlu həyatın sirri adlandırıb.

Onun üç övladı, doqquz nəvəsi, 28 nəticəsi və 42 kötücəsi qalıb.

İndi ABŞ-da ən yaşlı insan fevralın 5-də 115 yaşı tamam olan Kaliforniyalı Edie Ceccarellidir.

Bundan əvvəl, sentyabrın 20-də Avstraliyanın ən yaşlı sakini Frenk Mauer koronavirusdan xəstələndikdən sonra 110 yaşında vəfat etdi.

Avqustun 19-da Polşada dünyanın ən yaşlı sakini və ən uzunömürlü ikinci qadını Tekla Yuneviç 116 yaşında dünyasını dəyişib.

Dünyanın ən yaşlı sakini 1904-cü il fevralın 11-də anadan olmuş və hazırda 118 yaşında olan Fransadan olan rahibə Lucille Randondur (Andrénin bacısı). O, ötən il koronavirusa yoluxub və sağalıb.

Ruhəngiz

Xəbər xətti