Xəstəxanadan çıxan Xalq artistindən AÇIQLAMA

11:17 - 6 Yanvar 2023 - Cəmiyyət

Xalq artisti Ağasəlim Abdullayev xəstəxanadan evə buraxılıb.

Bu barədə “Qaynarinfo”ya onun özü məlumat verib. Tarzən hazırda özünü yaxşı hiss etdiyini bildirib:

“Müalicəm ev şəraitində davam edir. Həkimlər vəziyyətimin yaxşı olduğunu dedilər. Mənimlə bağlı narahat olan hər kəsə təşəkkür edirəm, evimdəyəm”.

Qeyd edək ki, ötən həftə Xalq artisti Ağasəlim Abdullayevin səhhətində problem yaranıb və Yeni Klinikaya yerləşdirilib.

 

Xəbər xətti