Rusiya müdafiə naziri Sergey Şoyqu yanvarın 6-sı saat 12:00-dan 7-i saat 00:00-dək Ukraynada bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, bu gün Moskva və bütün Rusiyanın Patriarxı Kirillin Ukraynada Provaslav Milad bayramı ilə əlaqədar tərəflərin atəşkəsə çağırışını nəzərə alaraq Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-sı saat 12:00-dan 7-i saat 24:00-dək Ukraynada bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsini tapşırıb.