Göyərtəsində 123 sərnişin olan təyyarə Bakıya təcili eniş etdi

09:49 - 4 Yanvar 2023 - Xəbər

Astana hava limanında güclü duman səbəbindən “Lufthansa”nın Frankfurt-Almatı-Astana reysi ilə uçan DLH-649 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Bu barədə Ucnoqta.az-a hava limanından bildirilib. Belə ki, göyərtəsində 123 sərnişin olan Airbus A330 təyyarəsi yerli vaxtla saat 06:58-də Bakı hava limanına enib. Hava gəmisi kapitanının qərarı ilə saat 08:38-də təyyarə Bakı hava limanından Frankfurta geri dönüb.

Xəbər xətti