Azərbaycanlı iş adamı vəfat etdi

13:26 - 2 Yanvar 2023 - Xəbər

Moskvada yaşayan azərbaycanlı iş adamı dünyasını dəyişib

Ucnoqta.az xəbər verir ki, Moskavada yaşayan azərbaycanlı tanınmış iş adamı Salman Zeynalov dünyasını dəyişib.

İş adamının dostlarının verdiyi məlumata görə, S. Zeynalov  səhətində yaranmış problemdən əziyyət çəkirmiş. Çoxsaylı tibbi müdaxilələr isə nəticə verməyib.

İş adamının nəşi Azərbaycana gətirilib və doğulduğu Şəmkir rayon Çinarlı kındində bu gün dəfn olunacaq.

Qeyd edək ki, 1964-cü ildə anadan olmuş Zeynalov Salman Abbas oğlu xeyriyyəçiliyi və humanitar aksiyaların təşkilatçısı kimi də tanınırdı. O, pandemiyanın şiddətli dövründə Rusiyada yaşayan azərbaycanlılara öz dəstəyini əsirgəmirdi.
Allah rəhmət eləsin.


///Azxeber.com

Xəbər xətti