Gədəbəydə və Qazaxda dəm qazından zəhərlənənlər var
19:20 - 1 Yanvar 2023 - ÖLKƏ İÇİ
Gədəbəydə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın məlumatına görə, rayon sakinləri 1994-cü il təvəllüdlü Sevta Aslanova və onun oğlu 2013-cü il təvəllüdlü Əli Aslanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə onlar yaşadıqları evdə dəm qazından zəhərlənib.
Qazaxda 2 nəfər dəm qazından zəhərlənib. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin normal olduğu bildirilir.
Zəhərlənən şəxsləri kimlikləri dəqiqləşdirilir.