Dəhşətli qəzada ölən 5 nəfərin ADLARI

17:19 - 1 Yanvar 2023 - Cəmiyyət

Bakıda ağır yol qəzası nəticəsində ölənlərin kimliyi məlum olub.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, “Ulduz” metrostansiyası yaxınlığında qeydə alınan hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.
Onlar “Mercedes” markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Vüqar Abdullayev;
Sərnişinlər 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova;
1997-ci il təvəllüdlü Jalə Aslanova; 2001-ci il təvəllüdlü Könül Namazova;
“Toyota”nın sürücüsü 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir.

Qeyd edək ki, ilkin məlumata görə, qəza “Mercedes”in digər maşının yoluna çıxması səbəbindən baş verib.

Xəbər xətti