Azərbaycanın qeyri-hökumət təşkilatları nümayəndələrinin Qarabağda Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası iyirmi bir gündür davam edir.
Ucnoqta.az xəbər verir ki, aksiya iştirakçıları yeni ilin ilk günündə şüarlar səsləndirərək etirazlarını davam etdiriblər.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.
Emin