Vilayət Eyvazov Qəbələdə qəbul keçirəcək

10:46 - 1 Yanvar 2023 - Cəmiyyət

Daxili işlər naziri Vilayət Eyvazov Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək

DİN Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il yanvar ayının 26-da Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 25.01.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. 

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Xəbər xətti