Rusiya Ukraynaya raket zərbələri endirib -ölən və yaralananlar var

18:00 - 31 Dekabr 2022 - DÜNYA

Rusiya Ordusu Ukraynaya raket zərbələri endirib

Ucnoqta.az Ukrinform-a istinadən xəbər verir ki, Kiyev meri Vitali Kliçko paytaxtın Solomenski, Peçerski və Qoloseyevski rayonlarında partlayışların baş verdiyini, dağıntıların olduğunu bildirib. İlkin məlumata görə, Solomenski rayonunda bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Xilasedicilər isə partlayış baş verən yerlərdə işləyir.
Kliçko Rusiyanın Kiyevə raket hücumu zamanı yaponiyalı jurnalistin yaralandığını bildirib.
“Peçerski rayonunda Kiyevə hücum zamanı Yaponiyadan olan bir jurnalist yaralanıb. O, həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib”, - o yazıb.

Xəbər xətti