Gəncədə yaşayış evi yanıb

21:00 - 30 Dekabr 2022 - HADİSƏ

Gəncə şəhərinin Məhsəti qəsəbəsində yaşayış evində yanğın olub.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Ümumi sahəsi 220 m² olan kürsülü, ikimərtəbəli evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Xəbər xətti