Biləsuvarda avtomobil aşıb.
Hadisə rayonun Xırmandalı kəndi ərazisində baş verib. Avtomobilin aşması nəticəsində 2 nəfər - Bakı şəhər sakinləri - 1971-ci təvəllüdlü Sevda Süleymanova və 1975-ci il təvəllüdlü Əntiqə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.///apa