""Laçın dəhlizi" gec-tez açılacaq, lakin ..."

16:00 - 29 Dekabr 2022 - ÖLKƏ İÇİ

Gec-tez “Laçın dəhlizi” açılacaq, lakin o, Azərbaycanın tam nəzarəti altında fəaliyyət göstərəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.
“Bəli, Rusiya sülhməramlıları olacaq, lakin Azərbaycan tərəfinin vətəndaşların yüklərini və sənədlərini yoxlamaq hüququ olacaq”, - deyə o bildirib.

Baqratyan əlavə edib ki, Ermənistan üçtərəfli bəyanatın 9-cu bənd üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Azərbaycan dəhlizə icazə verməyəcək.

Qeyd edək ki, üçtərəfli bəyanatın 9-cu bəndinə görə Ermənistan Azərbaycana Azərbaycanı Naxçıvanla birləşdirəcək tranzit yolu verməyi öhdəsinə götürüb.

Xəbər xətti